CROSSMEDIA - Brüsseldə metro girişində silahlıİNSİDENT
Xarici xəbərlər

Brüsseldə metro girişində silahlı İNSİDENT

Bu gün səhər saatlarında Belçikanın paytaxtı Brüssel şəhərində naməlum şəxslər metro stansiyasının girişində atəş açıblar.

Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Müşahidə kameraları saat 06:15 radələrində Kalaşnikov ilə silahlanmış iki nəfərin görüntüsünü qeydə alıb. Məlumata görə, silahlılar atışmadan sonra metro tunellərinə qaçıblar və hazırda onların yeri bilinmir.

Hadisə səbəbilə "Klemanso" metro stansiyası və Brüssel-Midi dəmiryol vağzalı müvəqqəti bağlanıb. Şəhərin mərkəzindən keçən iki metro xəttinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, insident nəticəsində xəsarət alan olmayıb. Hazırda polis və federal dəmiryol polisi cinayətkarları tapmaq üçün axtarış aparır.


Fatimə Məmmədova 

16:14 05.02.2025

Oxunuş sayı: 749

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR