Türkiyədə ağır qəza - 30-dan çox insan xəsarət alıb
Türkiyənin Antalya vilayətində avtobusun sürüşərək yoldan çıxaraq aşması nəticəsində 30-dan çox insan xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber kanalı məlumat yayıb.
“Avtobus sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kanala uçub. Qəza nəticəsində 30 sərnişin, sürücü və onun iki köməkçisi xəsarət alıb”, - deyə telekanal xəbər verir.
Telekanalın məlumatına görə, avtobus Antalyadan Adıyamana gedirmiş. İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
13:16 05.02.2025
Oxunuş sayı: 427