CROSSMEDIA - Səudiyyə Ərəbistan Trampa cavab verdi: " Qəbul etmirik"
Xarici xəbərlər

Səudiyyə Ərəbistan Trampa cavab verdi: " Qəbul etmirik"

Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın fələstinlilərlə bağlı açıqlamalarına cavab olaraq bəyanat yayıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Ər-Riyad işğal, zorla köçürmə və fələstinlilərin hüquqlarının pozulmasına yönələn hər hansı addımı qəbul etmədiyini bildirib.

Həmçinin vurğulanıb ki, müstəqil Fələstin dövləti yaradılmadan İsraillə diplomatik əlaqələr qurulmayacaq.

Xatırladaq ki, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində fələstinlilərin İordaniya və Misirə köçürülməsini təklif edib.

13:12 05.02.2025

Oxunuş sayı: 381

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR