Leyla Əliyeva Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.
Leyla Əliyeva Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən foto paylaşaraq ad günü təbriki yazıb.
Qeyd edək ki, 3 fevral 2025-ci il tarixində Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
02:40 05.02.2025
Oxunuş sayı: 496