Aleksey Puşkov: "Avropa İttifaqı Trampa cavab verə bilməyəcək"
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyenin bəyanatını şübhə altına alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, telegram kanalında yazıb ki, Leyenin ABŞ-nin mümkün ticarət rüsumlarına qarşı tədbir görmək barədə bəyanatı "sadəcə görüntü" ola bilər.
"Nədənsə elə gəlir ki, bu qətiyyət yalnız görüntüdür. Tramp ilə qarşıdurmaya girmək Avropa İttifaqına təzyiq göstərmək qədər asan deyil", – Puşkov bildirib.
O, Avropa İttifaqının Tramp tərəfindən tətbiq oluna biləcək gömrük rüsumlarına cavab vermək iqtidarında olmadığını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ursula fon der Leyen Avropa İttifaqının Avropa mallarının ABŞ-yə idxalına mümkün rüsumların tətbiqinə qarşı tədbir görməyə hazır olduğunu bəyan etmişdi. O, lazım gəldikdə Brüsselin pragmatik siyasət yürüdəcəyini və danışıqlar aparacağını bildirmişdi.
00:22 05.02.2025
Oxunuş sayı: 900