Rusiyadan Xarkova raket hücumu: 5 ölü, 50 yaralı
Rusiya Ukraynanın Xarkov şəhərinə raket hücumu edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 50 nəfər yaralanıb.
Xarkov qubernatoru Oleq Sinegubov bildirib ki, raketlərdən biri Meriyaya düşüb, digər raketlər isə binalara ziyan vurub.
Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında deyib:
"Bu vəhşiliyə dözmək olmaz. Terrorizmi dayandırmaq və insanların həyatını qorumaq üçün Rusiyaya hərbi güc, sanksiyalar və diplomatiya vasitəsilə təzyiq göstərilməlidir".
22:30 04.02.2025
Oxunuş sayı: 1255