Tramp İlon Maskın təklifini rədd etdi
ABŞ-də Mərkəzçi Respublikaçılar USAİD-in tamamilə bağlanmasına qarşı çıxaraq təşkilatın islahatlarla fəaliyyətini davam etdirməsini dəstəkləyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, İlon Mask ABŞ prezidenti Donald Trampa USAİD-i ləğv etməyi təklif etsə də, Tramp bu ideyanı rədd edib.
ABŞ dövlət katibi Marko Rubio təşkilatın tam bağlanmasına qarşı çıxaraq birbaşa Trampla danışıqlar aparıb və onu bu fikirdən çəkindirib.
Tramp verdiyi son açıqlamada USAİD layihəsini bəyəndiyini, lakin təşkilatın hazırda radikal solçuların nəzarətində olduğunu bildirib.
O, təşkilatın Amerika prezident administrasiyasının tam nəzarəti altında fəaliyyətini davam etdirməsinə razılıq verdiyini vurğulayıb.
Rubio USAİD-in islahatlarla yenidən qurulması və ABŞ-ın yumşaq güc strategiyasının bir hissəsi olaraq qalması fikrini müdafiə edib. Onun bu mövqeyini Respublikaçı senator Lindsay Qraham və Senatda Respublikaçı çoxluğun sədri Con Tun da dəstəkləyib.
20:07 04.02.2025
Oxunuş sayı: 1186