Tramp Kanadaya qarşı gömrük tariflərini təxirə saldı
ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı nəzərdə tutulan gömrük tariflərini 30 gün müddətinə təxirə salacağını açıqlayıb. Bunun üçün Kanada hökuməti müəyyən şərtləri yerinə yetirməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Razılaşmaya əsasən, Kanada sərhəd təhlükəsizliyini gücləndirmək üçün 1,3 milyard dollarlıq plan həyata keçirməlidir. Bu plana kəşfiyyat fəaliyyətlərinin artırılması, yeni helikopterlərin alınması və 10.000 nəfərlik şəxsi heyətin ayrılması daxildir.
Bildirək ki, Kanadanın baş naziri Castin Trüdo artıq Trampın tələblərinin icrasına başladığını bildirib.
Fatimə Məmmədova
19:54 04.02.2025
Oxunuş sayı: 1332