CROSSMEDIA - İsveçdə məktəbdə silahlı hücum – ölənlər var
Xarici xəbərlər

İsveçdə məktəbdə silahlı hücum – ölənlər var

İsveçin Örebro şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. 

Crossmedia.az xəbər verir ki, bu barədə İsveç mediası yazıb.

Bu gün günorta saatlarında Örebro şəhərində bir  məktəbdə naməlum şəxs atəş açıb. Ən azı beş nəfərin güllələndiyi, hücumçunun isə özünü vurduğu ehtimal edilir.

Belə ki,  ölənlərin sayı dəqiq bilinməsə də,   xəstəxanaların təcili yardım və reanimasiya şöbələrinin yaralıları qəbul etmək üçün boşaldıldığı yazılıb.

Yayılan kadrlardan birində bir tələbənin qorxu içində "Atışma var, ilahi!" deyə qışqırdığı eşidilir.

Bundan əlavə, İsveç mediası məktəbdə çəkilmiş bir foto yayıb. Şəkildə şagirdlərin sinif otaqlarında masalar və stullarla qapıları barrikada etdikləri, təhlükə siqnallarının çaldığı görünür.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fatimə Məmmədova

19:41 04.02.2025

Oxunuş sayı: 1210

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR