Separatçı ermənini öldürənin kimliyi bilindi
"Arbat" batalyonunun yaradıcısı Artur Sarkisyan öldürülüb. Onun ölümünə səbəb olan partlayıcı A.Sarkisyanın bədənində yerləşdirilib. İlkin araşdırmalar göstərir ki, bu, killerin özünün işə saldığı MON-500 tipli mina olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış, "Donetsk Xalq Respublikası" Boks Federasiyasının rəhbəri liftin qapısından çıxdığı anda baş verib.
Təxminlərə görə, sui-qəsdi törədən əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşıdır. Hazırda istintaq iki əsas versiyanı araşdırır.
İstintaqda ölümə səbəb kimi iki əsas versiya araşdırılır. Birinci versiyada Sarkisyanın "Arbat" batalyonunun qurucusu kimi göstərdiyi fəaliyyətin səbəb olduğu düşünülür. İkinci versiya da isə tütün bazarının yenidən bölüşdürülməsinin səbəb olduğu təxmin edilir. Çünkü Sarkisyan həm də Ermənistanın ən iri xarici tədarükçülərindən biri idi.
Xarici KİV-in verdiyi məlumata görə, qatil 55 yaşlı Parur K, əvvəllər məhkum olunub. Onun sol baldırında desant və ya elit qoşunlarda xidmət etdiyini göstərən qılınc şəklində köhnə bir döymə var.
Bundan əlavə, qətldə şübhəli bilinən bir neçə nəfər artıq saxlanılıb.
Tərlan Əmrahova
18:49 04.02.2025
Oxunuş sayı: 3656