Tramp ABŞ-də suveren sərvət fondu yaratmaq üçün fərman imzalayıb
ABŞ prezidenti Donald Tramp, ölkədə suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, fərman, ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir.
Tramp, ABŞ-nin böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb.
O, TikTok-un alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib.
ABŞ Maliyyə Naziri Scott Bessent fondun formalaşdırılmasının gələcək 12 ayda başa çatacağını bildirib.
01:22 04.02.2025
Oxunuş sayı: 459