CROSSMEDIA - Tramp: "Qəzzada atəşkəsin davamına zəmanət verə bilmirik"
Xarici xəbərlər

Tramp: "Qəzzada atəşkəsin davamına zəmanət verə bilmirik"

ABŞ prezidenti Donald Tramp, Qəzzada atəşkəsin davam etdirilməsinə dair heç bir zəmanət verə bilməyəcəyini açıqlayıb.

Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp, atəşkəsin gələcəyi ilə bağlı əmin olmadığını bildirib.

"Bu razılaşmanın davam edəcəyinə dair heç bir zəmanətimiz yoxdur," – deyə ABŞ lideri vurğulayıb.

Tramp sabah Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklərini qeyd edib.

İşğal altındakı İordan çayının qərb sahilinin İsrail tərəfindən ilhaq edilməsi ilə bağlı suala isə Tramp bu mövzuya toxunmaq istəmədiyini, lakin İsrailin Yaxın Şərqdə çox kiçik bir torpaq sahəsinə sahib olduğunu qeyd edib.

Aybəniz Səfərova

00:31 04.02.2025

Oxunuş sayı: 456

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR