Makron: "Aİ müdafiə sahəsində strateji muxtariyyətini təmin etməlidir"
Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçiriləcək ilk müdafiə sammiti ərəfəsində verdiyi açıqlamada, Aİ-nin müdafiə sahəsində strateji muxtariyyətini təmin etməsi üçün qitə mənşəli avadanlıqlara sərmayə qoymasının vacibliyini vurğulayıb.
Crossmedia.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Makron Covid-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu və ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni ritorikasının Avropanın strateji müstəqilliyə ehtiyacını daha da artırdığını bildirib.
Makron həmçinin Aİ-yə qarşı ABŞ tərəfindən gömrük rüsumlarının artırılması ehtimalına toxunaraq, bunun Avropanı müdafiə və iqtisadi sahədə daha güclü və vahid addımlar atmağa sövq edəcəyini qeyd edib.
"Avropanın kommersiya maraqlarına hücum edilərsə, biz ona hörmət edilməsini təmin etməliyik," – deyə Makron əlavə edib.
Aybəniz Səfərova
00:14 04.02.2025
Oxunuş sayı: 492