Moskvada partlayış: Donetsk separatçılarının lideri Armen Sarkisyan öldü
Rusiyanın paytaxtı Moskvada baş verən partlayış nəticəsində Donetsk separatçılarının lideri Armen Sarkisyan həlak olub.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, "Arbat" batalyonunun yaradıcısı olan Sarkisyan partlayışdan sonra xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Rusiya hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarına əsasən, partlayış diqqətlə planlaşdırılmış və sifarişli sui-qəsd olduğu ehtimal edilir.
Bildirilir ki, bomba Moskva çayının sahilində yerləşən “Qırmızı yelkənlər” kompleksində, liftə yerləşdirilib.
Hadisə nəticəsində azı iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Rusiya təhlükəsizlik qüvvələri məsələ ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
Aybəniz Səfərova
23:44 03.02.2025
Oxunuş sayı: 505