Britaniya Baş nazirinin e-poçt hesabı Rusiya hakerlərinin hədəfində
Rusiyalı hakerlər Britaniya Baş naziri Keir Starmerin e-poçt hesabını sındırmaqda şübhəli bilinir
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir şəxsi elektron poçt hesabını bağlamağa məcbur olub.
Buna səbəb təhlükəsizlik xidmətlərinin onun e-poçt hesabının Rusiya tərəfindən sındırıldığına dair iddiaları araşdırmasıdır.
Məlumata görə, 2022-ci ilin aprelində rusiyalı əməliyyatçılar Britaniya avroskeptiklərinin, o cümlədən Mİ6-nın keçmiş rəhbəri ser Riçard Dirlovun e-poçt hesablarını sındırıblar. Nəticədə internetə 20 mindən çox məktub sızdırılıb.
Hazırda Britaniya təhlükəsizlik xidmətləri bu məsələyə dair araşdırmalar aparır.
22:19 03.02.2025
Oxunuş sayı: 603