Ontario İlon Maskın SpaceX şirkəti ilə müqaviləni ləğv edir
Kanadanın Ontario vilayəti ABŞ-li sahibkar İlon Maskın SpaceX şirkəti ilə müqaviləni ləğv edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ontario Baş naziri Daq Ford açıqlama verib.
"ABŞ-nin Kanadaya qarşı tətbiq etdiyi rüsumlar ləğv olunana qədər Ontario vilayət müqavilələrindən ABŞ şirkətlərini kənarlaşdırır", – deyə yazıb.
"ABŞ şirkətləri indi on milyardlarla dollar gəlirdən məhrum olacaq. Buna görə yalnız ABŞ Prezidenti Donald Trampı günahlandıra bilərlər. Biz Ontario-nun Starlink-lə müqaviləsini ləğv edəcəyik. Vilayətimiz iqtisadiyyatımızı məhv etməyə çalışanlarla əməkdaşlıq etməyəcək", – qeyd olunub.
Bildirək ki, fevralın 1-də ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan idxala 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Bundan sonra Kanada hakimiyyəti ABŞ mallarına 155 milyard Kanada dolları (106,5 milyard ABŞ dolları) dəyərində 25%-lik cavab tarifləri tətbiq edib.
Fatimə Məmmədova
21:26 03.02.2025
Oxunuş sayı: 598