Rusiya Çin avtomobillərinə gizli ticarət tarifləri tətbiq edir

Rusiya sakitcə müttəfiqi Çinə ticarət tarifləri tətbiq edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Moskva oktyabr ayında idxal olunan avtomobillər üçün "təkrar emal vergisi"ni mühərrik həcmindən asılı olaraq 70-85% artırıb.
Rusiyanın Çin avtomobillərinə ehtiyacı olsa da, avtomobil istehsalçılarının onları Rusiyada istehsal etmələrində israrlıdır.
Bu onu göstərir ki, hətta Çinin yaxın geosiyasi müttəfiqi belə, artıq Çin potensialı üçün zibilxanaya çevrilmək istəmir.
21:20 03.02.2025
Oxunuş sayı: 3283