ABŞ və Yaponiya hərbi əməkdaşlığı gücləndirəcək
ABŞ-nin müdafiə naziri Pit Heqset və Yaponiya müdafiə naziri telefon danışı edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, danışıq zamanı regiondakı təhlükəsizlik məsələləri müzakirə edilib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Pit Heqset və onun yaponiyalı həmkarı Şərqi Çin dənizindəki Yapon adaları ətrafında birgə hərbi mövcudluğu artırmaq barədə razılığa gəliblər.
Tərəflər iki ölkə arasındakı müdafiə əməkdaşlığını daha da genişləndirmək və təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək niyyətindədirlər.
20:59 03.02.2025
Oxunuş sayı: 542