CROSSMEDIA - Tehranda Ermənistan ordusunun 33-cü ildönümü qeyd edilib
Xarici xəbərlər

Tehranda Ermənistan ordusunun 33-cü ildönümü qeyd edilib

Yanvarın 30-da Tehranda Ermənistan silahlı qüvvələrinin yaradılmasının 33-cü ildönümü münasibətilə mərasim keçirilib.

Crossmedia.az İranın ermənipərəst “Miran Press” Teleqram kanalına istinadən xəbər verir ki, tədbirdə iştirak edən İran Hərbi Hava Qüvvələri komandanının müavini, briqada generalı Mehdi Hadian çıxış edərək Ermənistan ordusunun ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, bölgədə geosiyasi dəyişikliklərin İran üçün qəbuledilməz olduğunu vurğulayaraq, Tehran rəhbərliyinin region ölkələrinin ərazi bütövlüyünü və sərhədlərini dəstəklədiyini bəyan edib.

20:54 03.02.2025

Oxunuş sayı: 651

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR