CROSSMEDIA - Zelenski: Rusiya, İran və Şimali Koreya təhlükəli ittifaq qurub
Xarici xəbərlər

Zelenski: Rusiya, İran və Şimali Koreya təhlükəli ittifaq qurub

Ukrayna prezidenti Vlodimir Zelenski Rusiyanın  İran və Şimali Koreya ilə artan müttəfiqliyi barədə xəbərdarlıq edib.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Associated Press-ə müsahibəsində deyib:

“Əvvəllər hərbi və texnoloji sahədə əməkdaşlıq edən bu ölkələr indi Rusiyanın Ukraynaya qarşı müharibəsində açıq şəkildə iştirak edir və Şimali Koreya silahla yanaşı, Rusiya ordusunu canlı qüvvə ilə də təmin edir. 

"Şimali Koreya, Rusiya və İran Ukraynaya və bütün Qərbə qarşı maddi ittifaq yaradıblar. Hesab edirəm ki, bu, əslində ABŞ-yə qarşı ittifaqdır və çox təhlükəlidir. Bu üç ölkə silah istehsalını artırmaq üçün hərbi əməkdaşlığı genişləndirib və müdafiə sənayesini inteqrasiya edib.

Bu ölkələr indi birləşib, strateji tərəfdaş kimi çıxış edirlər ki, bu da narahatlıq doğurur”- deyə Zelenski əlavə edib.

19:54 03.02.2025

Oxunuş sayı: 414

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR