ABŞ sanksiyaları Türkiyənin ilk AES layihəsinə mane olur
ABŞ "Qazprombank"a qarşı sanksiyalara görə Türkiyənin ilk atom elektrik stansiyası layihəsinin həyata keçirilməsinə mane olur.
WSJ yazır ki, ABŞ-də Rusiyanın "Qazprombank"ından "JPMorgan Banka" köçürülən 2 milyard dollar dondurulub.
Söhbət Rusiyadan Türkiyəyə AES-in tikintisinə sərf olunan kreditdən gedir. Məqalədə bildirilir ki, "Qazprombank" stansiyaya 9 milyard dollar məbləğində kredit verir. 2022-ci ilin yayında "Citi Bank" vasitəsilə 3 milyard dollar, daha sonra isə "JPMorgan" vasitəsilə Türkiyənin "Ziraat" bankına 2 milyard dollar köçürülüb. O vaxt Qazprombank" hələ sanksiyalar altında deyildi.
Lakin "JPMorgan" vasitəsilə daha 2 milyard dollarlıq tranş ABŞ Ədliyyə Nazirliyi tərəfindən dayandırılıb. Əvvəlcə pulu müsadirə etmək istədilər, amma Bayden administrasiyası Ankaranı təhrik etməmək üçün sadəcə olaraq vəsaiti dondurmaq qərarına gəlib.
Türkiyənin Energetika Nazirliyi nəşrə hər hansı şərh verməyib, Tramp Administrasiyası isə sanksiyaların onlardan yan keçməyə çalışanların fonunda yenidən nəzərdən keçirildiyini bildirib.
"Rosatom" sanksiyaların ədalətsiz olduğunu və dövlət korporasiyasının məsələnin həllini gözlədiyini bəyan edib.
"Akkuyu" AES layihəsi uğurla həyata keçirilir. Ötən ilin dekabrında onun ilk enerji bloku işləməyə icazə alıb. Lakin layihəni həyata keçirən Rusiyanın “Rosatom” şirkəti tikinti zamanı daima sanksiya məhdudiyyətləri ilə üzləşib. Xüsusən də, Almaniya hakimiyyəti "Siemens"ə Türkiyə biznesi ilə müqavilə əsasında istehsal etdiyi bu stansiya üçün avadanlıqların tədarükünü qadağan edib.
Bundan əlavə qeyd edək ki, Rusiyanın "Qazprombank" bankı 2024-cü ilin noyabrında ABŞ sanksiyalarına məruz qalıb.
16:19 03.02.2025
Oxunuş sayı: 587