CROSSMEDIA - Pakistanlı analitik: “Tramp həm Rusiya, həm də Ukraynadan güzəşt tələb edəcək”
Amerika

Pakistanlı analitik: “Tramp həm Rusiya, həm də Ukraynadan güzəşt tələb edəcək”

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı Avropa İttifaqı  (Aİ) rəsmiləri və Ukrayna arasında qorxuları gücləndirib. Onlar hesab edirlər ki, Tramp Rusiyanın Prezidenti Vladimir Putinlə birbaşa razılaşma hazırlaya və bu prosesdə Ukraynanı və Aİ ikinci plana ata bilər.

Trampın hakimiyyətə dönüşü siyasi arenada ciddi rezonans doğurub. Yeni administrasiyasının siyasəti bir sıra sərt və radikal addımlarla müşayiət oluna bilər. Trampın hakimiyyəti bəzi ölkələrlə əlaqələrin güclənməsinə şərait yaratsa da, müəyyən dairələrdə narahatlıq doğurur. Yeni dövrdə xarici və daxili siyasətdə hansı dəyişikliklərin baş verəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Savaşın perspektivi barədə Crossmedia.az-la fikirlərini bölüşən Pakistanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi analitik Ahsan Hamid Durraninin fikrincə, Rusiya-Ukrayna müharibəsi ukraynalılar üçün böyük iztirablara səbəb olan mürəkkəb və faciəvi vəziyyətdir: “Anlaşmanı gücləndirmək və potensial sülh razılaşmasına yol açmaq üçün hər iki tərəfin perspektivlərini bilmək vacibdir. Bir nöqteyi-nəzərdən Ukraynanın suverenliyi və ərazi bütövlüyü hər şeydən üstündür və istənilən sülh sazişi bu prinsiplərə hörmət etməlidir. Digər tərəfdən, Rusiya regionda təhlükəsizliyi və nüfuzu ilə bağlı narahatlığını ifadə edib ki, bu da onun hərəkətlərinə səbəb olub.


Sülh danışıqlarına balanslaşdırılmış yanaşma hər iki dövlətin qanuni təhlükəsizlik problemlərinin həllini nəzərdə tutmalıdır. Hər iki tərəf üçün davamlı həllə gətirib çıxara biləcək kompromisləri araşdırmaq üçün zəruri hallarda beynəlxalq vasitəçilər tərəfindən dəstəklənən açıq dialoqa girməsi çox vacibdir. Uğurlu sülh sazişi iki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri tanımaqla inam yaratmaq, qarşılıqlı təhlükəsizliyi təmin etmək və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşımalıdır”. 

Ekspertin fikrincə, Trampın hakimiyyətə qayıdışı müharibə ilə bağlı yeni perspektivlər vəd edir: “O, yəqin ki, hər iki tərəfdən güzəştlər və öhdəlik tələb edəcək”.

Fidan Hacızadə

11:59 29.01.2025

Oxunuş sayı: 1857

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR