ABŞ Rusiyaya sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi piyada döyüş maşınları üçün mühərriklər istehsal edən Voentorg və Barnaultransmaş şirkətlərini də qara siyahıya salıb.
Crossmedia.az xəbər verir ki, Bayden administrasiyası həmçinin Rusiyanın əsas yük qaldırıcı kranlar istehsalçısı olan Rosneftin törəmə şirkətinə, neft daşıma qurğuları müəssisənə, Rusiya üçün mərmilər istehsal edən Rostex qruplarına sanksiyalar tətbiq edib.
Eyni zamanda Birləşmiş Ştatlar öz şirkətlərinə Rusiyanın bütün növ neft şirkətlərinə daşınma və logistik xidmətlər göstərməsini qadağan edib.
ABŞ maliyyə nazirliyi Rusiyanın gəmilərinə texniki xidmət göstərəcək bütün Qərb şirkətlərini ikinci dərəcəli sanksiyaların tətbiqinə icazə verən bənd daxil edib.
16:30 15.01.2025
Oxunuş sayı: 3607