Avropa ABŞ-nin Qrenlandiya iddialarından narahatdır
Avropa Komissiyası ABŞ-ın Qrenlandiyaya mümkün “nəzəri” müdaxiləsi halında, Avropa İttifaqının Qarşılıqlı Yardım haqqında müqaviləsinin 42-ci maddəsini tətbiq edərək Danimarkaya dəstək olacağını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, Brüssel Hökumət Məktəbinin Təhlükəsizlik, Diplomatiya və Strategiya Mərkəzindən Daniel Fiotte bu maddənin real hərbi güclə dəstəklənmədiyini qeyd edib.
O bildirib ki, NATO-nun Nüvə Hərəkəti Planı (NAP) ABŞ-ın nəzarətindədir, Fransa isə öz nüvə arsenalını bu plana daxil etməyib.
Fiotte həmçinin, Rusiya ilə Şərqdə davam edən əməliyyatlar fonunda Qərbdə ABŞ-la mümkün qarşıdurmanın çətinliyini vurğulayıb. Avropa Şurasının Xarici Əlaqələr üzrə baş elmi işçisi Agathe Demarais isə ABŞ-ın belə bir hərəkətinin NATO daxilində böhran yaradacağını, lakin ABŞ siyasi elitasının hərbi həll yoluna üstünlük verməyəcəyini düşünür. Bu vəziyyət eyni zamanda, Transatlantik münasibətlər üçün də ciddi təsirlər doğura bilər.
17:07 10.01.2025
Oxunuş sayı: 5481