Tramp: Çinə Panama kanalını idarə etməyə imkan verməyəcəm
ABŞ- nin seçilmiş prezidenti Donald Tramp Çin tərəfindən Panama kanalının idarə edilməsinə imkan verməyəcəyini bəyan edib.
Crossmedia.az-ın TASS-a istinadən yaydığı məlumata görə, Tramp jurnalistlərə açıqlamasında bildirib: “Panama kanalını 1 dollara onlara verdilər, indi isə bizim gəmilərdən daha çox ödəniş alırlar. Bu, belə davam etməyəcək. Çin Panama kanalını idarə edir, buna icazə verməyəcəm”.
Ondan, həmçinin, Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün hərbi güc tətbiqini nəzərdən keçirib-keçirmədiyi soruşulub. Tramp yalnız oğlunun – Donald Tramp Jr.-ın Qrenlandiyaya səfəri zamanı böyük qonaqpərvərliklə qarşılandığını qeyd edib.
Gültac Mehdizadə
18:20 09.01.2025
Oxunuş sayı: 4766