Amerika

Trampın bundan imtina etməsi hərbi strategiyadır

“Trampın İranın nüvə obyektlərinə qabaqlayıcı zərbə endirməkdən imtina etməsi hərbi strategiyadır”. 

Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünən mətbuat konfransında İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün nüvə obyektlərinə qabaqlayıcı hücumun mümkünlüyünü rədd və ya inkar etməyib.

Tramp brifinqdə jurnalistin “sonuncu dəfə prezident olarkən İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün zərbə endirəcəksiniz?” sualına birmənalı cavab verməyib. Tramp bildirib ki, “bu, hərbi strategiyadır”.

Qeyd olunub ki, Donald Trampın komandası rəsmi andiçmə mərasimindən (yanvarın 20-si) öncə İranın nüvə obyektlərinə hava hücumları variantını nəzərdən keçirir. 

18:42 08.01.2025

Oxunuş sayı: 4551

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR