"İnsan Resurslarının İdarə Olunması” İB əhalinin məşğulluğun təmin edilməsinə dəstəyini davam etdirir
“İnsan Resurslarının İdarə Olunması” İctimai Birliyi "yanacaqdoldurma stansiyalarının operatoru" istiqaməti üzrə peşə hazırlığı kurslarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 2026-cı ildə də davam etdirir. Artıq cari ildə ilk kursu bitirmiş 10 müdavimin yaxın zamanda işlə təmin edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, 2026-cı ildə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq cərçivəsində 100-lərlə vətəndaşımızın işlə təmin edilməsi hədəflənir.
Müvafiq kurslarda iştirak etmək istəyən 18-40 yaş arası kişi cinsinə mənsub işaxtaran və işsiz şəxslər Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər.
12:42 20.02.2026
Oxunuş sayı: 11