ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldıb
ABŞ Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qarşı sanksiyaları yumşaldıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
ABŞ hakimiyyəti Suriyada dövlət qurumları ilə müəyyən maliyyə əməliyyatları, enerji resursları üçün ödənişlər, eləcə də Rusiyanın və ya İranın maraqlarına uyğun hər hansı əməliyyatlar istisna olmaqla, ölkənin Mərkəzi Bankı vasitəsilə köçürmələrə qoyulan məhdudiyyətlərin müvəqqəti olaraq dayandırır.
17:27 07.01.2025
Oxunuş sayı: 5227