Bakıda motosiklet və velosiped oğurlayan 5 nəfər saxlanılıb
Bakının Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə əlaqədar beş nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Y.Bağırov, T.Dəmirov və M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən edilib.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və 2500 manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Q.Abbasov və əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
15:56 22.10.2026
Oxunuş sayı: 61