Rusiya və Ukrayna arasında növbəti mübadilə – 277 nəfərin nəşi qaytarıldı
Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib. Rusiya tərəfi Ukraynaya 252, Ukrayna isə Rusiyaya 25 hərbçinin meyitini təhvil verib.
Crossmedia.az xəbər verir ki, Belarusun “BELTA” informasiya agentliyi bu barədə məlumat yayıb.
Mübadilə oktyabrın 22-də Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutub.
Bildirilib ki, tərəflər arasında müharibədə həlak olan hərbçilərin meyitlərinin qaytarılması prosesi davam etdirilir.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında sonuncu hərbi əsir mübadiləsi avqustun sonunda həyata keçirilib.
15:32 22.10.2026
Oxunuş sayı: 53