Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini vurduqlarını açıqlayıblar
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına dəqiq zərbə endirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, İranın “IRIB News” telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, hücumla bağlı açıqlamanı hərəkatın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səri verib.
O, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasının hədəfə alındığını və dəqiq zərbə endirildiyini bildirib.
Hücumun nəticələri, mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Səudiyyə Ərəbistanı rəsmilərinin hadisə ilə bağlı mövqeyi məlum deyil. Hücumun baş verdiyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
16:28 22.10.2026
Oxunuş sayı: 62