Bakı metrosunda mühüm yenilik – “Həzi Aslanov”la bağlı GÖZLƏNİLƏN XƏBƏR
Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında aparılan yenidənqurma işləri oktyabrın 23-də yekunlaşacaq.
Crossmedia.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də saat 10:30-da media nümayəndələri üçün stansiyada görülən işlərlə tanışlıq təşkil olunacaq.
Tədbir zamanı yenidənqurma işlərinin nəticələri nümayiş etdiriləcək, həmçinin xətt üzrə qatarların birbaşa hərəkətinin təşkili ilə bağlı yeni məlumatlar açıqlanacaq.
Media nümayəndələrinin tikinti işləri və digər məsələlərlə bağlı suallarını aidiyyəti üzrə məsul rəhbər şəxs cavablandıracaq.
Strateji obyektin təhlükəsizlik tələbləri, fərdi mühafizə vasitələri ilə təminat və giriş qeydiyyatı nəzərə alınaraq jurnalistlərdən iştiraklarını oktyabrın 22-si saat 17:00-dək təsdiqləmələri xahiş olunub.
13:55 22.10.2026
Oxunuş sayı: 69