“TikTok”un Avropa bölməsi satıla bilər
Almaniyanın “Politico” və “The Telegraph” nəşrlərinə sahib olan “Axel Springer” media konserni “TikTok”un Avropa bölməsini satın almaqda maraqlıdır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) bu barədə məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, konsernin rəhbəri və ortaq sahiblərindən biri Matias Döpfner bu ilin yanvarında şirkətin Berlindəki baş qərargahında ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerlə nahar zamanı müvafiq təklifi irəli sürüb.
Təklif “TikTok”un Avropa fəaliyyətinin ABŞ-da tətbiq edilən modelə bənzər şəkildə yerli investorların nəzarətinə verilməsini nəzərdə tutur.
Lakin təşəbbüs Avropa Komissiyasının nümayəndələri tərəfindən ciddi dəstək qazanmayıb.
“Axel Springer” rəhbərliyi “TikTok”un Avropada fəaliyyətinə dair yeni həll modelini dəstəklədiyini bildirib. Platformanın sahibi olan Çinin “ByteDance” şirkəti isə satınalma ilə bağlı yayılan məlumatları təkzib edib.
13:16 22.10.2026
Oxunuş sayı: 50