"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin TİƏ-sinin nəticələri təqdim edilib
Bakıda keçirilən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə həsr olunmuş sessiya təşkil edilib.
Bu barədə Crossmedia.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sessiyada beynəlxalq mühəndislik və konsaltinq şirkəti "CESI" tərəfindən layihənin texniki və iqtisadi əsaslandırılması üzrə aparılmış tədqiqatın əsas nəticələri təqdim olunub. Şirkətin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola və baş enerji məsləhətçisi Filippo Del Grosso layihənin texniki parametrləri, iqtisadi göstəriciləri və həyata keçirilməsi imkanları barədə məlumat veriblər.
Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması onun inkişafında mühüm mərhələdir. Tədqiqatın nəticələri layihənin kommersiya strukturunun formalaşdırılması, maliyyələşdirmə imkanlarının qiymətləndirilməsi və yekun investisiya qərarına hazırlıq baxımından əsas yaradır.
Açar sözlər: Oqtay Qasımov, Abbas Əraqçi, İran ABŞ danışıqları, Financial Times, Donald Tramp, Netanyahu, Hörmüz boğazı, hərbi əməliyyat planı, ABŞ Rusiya sammiti, proksi qüvvələr
12:14 22.10.2026
Oxunuş sayı: 46