Zelenskidən Trampa sərt etiraz: Raket istədim, vermədilər!
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan hava hücumundan müdafiə raketləri istədiyini, lakin Vaşinqtonun bu tələbi yerinə yetirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
Ukrayna liderinin sözlərinə görə, ABŞ Rusiyanı müharibəni dayandırmağa və enerji obyektlərinə hücumlara son qoymağa məcbur edə bilmirsə, heç olmasa Ukraynanın müdafiəsini gücləndirməlidir.
“Mən dedim ki, yaxşı, siz Putini müharibəni dayandırmağa və enerji atəşkəsinə razılaşmağa məcbur edə bilmirsiniz. Onda mənə hava hücumundan müdafiə raketləri verin. Mən heç kimə atəş açmayacağam, sadəcə enerji sektorunu qoruyacağam”, – deyə Zelenski bildirib.
O, ABŞ-dan raketlərin pulsuz istənilmədiyini də vurğulayıb.
“Mən burada hansı məsələdə haqsızam? Trampdan raket istədim. Özü də pulsuz deyil. Bir daha deyirəm, pulsuz deyil. Bütün xərcləri avropalılar maliyyələşdirir”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, raketlərin tədarükü ilə bağlı razılaşma mövcud olsa da, ABŞ onları təqdim etmir.
“Razılaşma var, amma raketləri bizə vermirlər. Deyirlər ki, mümkün deyil. Çünki hər şeyi Yaxın Şərqə göndəriblər”, – deyə o əlavə edib.
13:48 22.10.2026
Oxunuş sayı: 53