Netanyahu: İranda hakimiyyət devrilməlidir
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almağın yeganə yolunun ölkədə mövcud hakimiyyətin devrilməsi olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə açıqlamasında danışıb. İsrailin “Channel 14” nəşri də onun İran hakimiyyətinin devrilməsi ilə bağlı mövqeyini yayıb.
İsrailin Baş naziri İran rəhbərliyini nasist rejimi ilə müqayisə edərək hakimiyyət dəyişikliyinin zəruri olduğunu iddia edib.
“Mən belə qənaətə gəldim ki, burada yeganə mümkün həll yolu, əlbəttə, bu fanatik rejimi devirməkdir. Necə ki, müttəfiqlər vaxtilə nasist rejimini məhv etdilər”, – deyə Netanyahu bildirib.
O, Adolf Hitlerin də atom bombası əldə etməyə çalışdığını, lakin buna nail olmadığını xatırladıb.
“Bu gün İrandakı nasistləri və ya neonasistləri dayandırmağın yeganə yolu həmin rejimi aradan qaldırmaq, hakimiyyəti devirməkdir”, – deyə İsrailin Baş naziri vurğulayıb.
Netanyahu daha əvvəl də İranın mövcud hakimiyyətinin nüvə proqramını yenidən inkişaf etdirə biləcəyini iddia edərək rejim dəyişikliyini İsrailin əsas məqsədlərindən biri kimi göstərib.
13:27 22.10.2026
Oxunuş sayı: 66