İordan çayının qərb sahilində avropalı diplomatlara hücum edilib
İordan çayının işğal altındakı qərb sahilinə səfər edən Avropa nümayəndə heyətinin üzvləri israilli köçkünlərin hücumuna məruz qalıb. Hadisə zamanı 78 yaşlı fransalı mer döyülüb, Belçikanın diplomatik avtomobilinə isə zərər vurulub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Avropa nümayəndə heyətinin bölgəyə səfəri zamanı, fələstinlilərə və jurnalistlərə qarşı hücumların artdığı zeytun yığımı mövsümündə baş verib.
Məlumata görə, maskalı israilli köçkünlər nümayəndə heyətinin üzvlərinə hücum edib. Hadisə bölgədə gərginliyi daha da artırıb.
21:00 17.10.2026
Oxunuş sayı: 69