“Roşka” ləqəbli tiktoker azadlıqdan məhrum olundu
Sosial şəbəkələrdə “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov barəsində həbs cəzası verilib.
Crossmedia.az xəbər verir ki, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın məlumatına görə, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda tiktokerin cinayət işi üzrə hökm elan olunub.
Dövlət ittihamçısı onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 3 il həbs cəzası təyin edib.
Qeyd edək ki, Rövşən Süleymanov 2025-ci ilin yanvarında keçirilən polis əməliyyatı zamanı saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb.
16:02 13.10.2026
Oxunuş sayı: 76