Təhsil sahəsində YENİ TƏYİNAT
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.
Crossmedia.az xəbər verir ki, Şaban Cəərçiyev oktyabrın 12-dən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsili alıb. pizza sifarişi
O, əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayıb. 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin olunub.
2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib. 2024-cü ildən isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb. (YeniSabah)

10:00 13.10.2026
Oxunuş sayı: 200