Xankəndi Ultramarafonunun son mərhələsi başlayıb
III Beynəlxalq Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə start verilib. İştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 kilometrlik məsafəni qət edəcəklər.
Crossmedia.az xəbər verir ki, atletlər dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda altı ölkədən 97 atlet iştirak edir.
Dörd mərhələdən ibarət yarışın marşrutu Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) istiqamətlərini əhatə edir.
Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb. Ultramarafonun ümumi qaliblərinə baş mükafat sonuncu mərhələnin başa çatmasından sonra təqdim olunacaq.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil edilib. Həmin yarışda dörd ölkədən 64 atlet iştirak edib və idmançılar 380 kilometr məsafə qət ediblər.
2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib. Yarışa altı ölkədən 81 atlet qatılıb.(Report)
10:38 11.10.2026
Oxunuş sayı: 56