Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Qaradağ rayonunda əsgərləri daşıyan avtobusun aşması nəticəsində yaralananların olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, qəza səhər saatlarında baş verib. Hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, avtobus gənc əsgərləri daşıyırmış. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
11:22 09.10.2026
Oxunuş sayı: 211