The Hill: Tramp bunu edərsə NATO-nun sonu ola bilər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası dövründə Qrenlandiyanın ABŞ-a qoşulması hipotetik olaraq NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə The Hill qəzeti yazıb.
“Trampın NATO üzvü olan Danimarkanın etirazlarına baxmayaraq Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olardı. Çünki heç bir alyans aparıcı dövlətinin digər üzvün ərazi bütövlüyünü pozması şəraitində mövcud ola bilməz”, - deyə qəzet qeyd edir.
Məqalədə vurğulanır ki, müasir tarixdə Danimarkanın suverenliyini pozmuş yeganə ölkə nasist Almaniyası olub və “Amerikanın özünü eyni cərgəyə qoymağa çalışmaması vacibdir”. Bununla yanaşı, The Hill qeyd edir ki, Tramp administrasiyasının belə bir addımı Çin tərəfindən Tayvana ehtimal edilən müdaxiləni əsaslandırmaq üçün istifadə oluna bilərdi.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Donald Tramp Vaşinqtonun Qrenlandiyaya nəzarət etməli olduğunu bəyan etmişdi. ABŞ hesab edir ki, Qrenlandiyaya “sahib olmaq və nəzarət etmək” tamamilə zəruridir.
Gültac Mehdizadə
17:59 04.01.2025
Oxunuş sayı: 4668