Amerika

Putin nüvə silahını seçir? - ABŞ narahatdır

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək barədə ciddi düşündüyünü, lakin Çinin onu bundan çəkindirdiyini bildirib.

Crossmedia.az "Ukrainska Pravda"ya istinadən xəbər verir ki,  Blinken Putinin nüvə silahını bir seçim olaraq düşünməsinin belə çox narahat verici bir hal olduğunu bildirib.

"Ehtimal 5 faizdən 15 faizə qalxsa belə, məsələ nüvə silahına gəldikdə, bundan ciddi  heç nə ola bilməz. Çinin Rusiya ilə təmasa keçib və "ora getmə" dediyini düşünməyə əsasımız var" - deyə əlavə edib.

Blinken, ABŞ-ın Rusiyanın kosmosa nüvə silahı buraxmaq planları barədə Çini məlumatlandırması zamanı oxşar dinamikanın baş verə biləcəyini irəli sürüb. O, Putinin strateji məğlubiyyətlə üzləşdiyini, NATO-nun indi həmişəkindən daha böyük və daha yaxşı resurslara malik olduğunu vurğulayıb.

Blinken həmçinin Bayden administrasiyasının Ukraynaya silah tədarükünü gecikdirdiyinə dair iddiaları rədd edib. O, Ukraynanın sistemləri işlətmək və saxlama qabiliyyəti kimi amilləri nəzərə almasının vacibliyini izah edib.

Tərlan Əmrahova 

15:45 04.01.2025

Oxunuş sayı: 4855

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR