Rusiya Dövlət Dumasının ilk iclasının vaxtı açıqlanıb
Rusiya Dövlət Dumasının doqquzuncu çağırışının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti” “Vahid Rusiya” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərin yekun nəticələrini sentyabrın 25-dən tez açıqlamayacaq. Seçilmiş deputatlar seçkilərin nəticələri elan edildikdən sonra ilk iclasa qədər deputat vəsiqələri və döş nişanları ilə təmin olunacaqlar.
Bundan əvvəl Vyaçeslav Volodinin yeni çağırışda da Dövlət Dumasının sədri vəzifəsini qoruyacağı məlum olub.
22:31 23.09.2026
Oxunuş sayı: 46