Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri Crossemdia.az xəbər verir ki, B qrupunda sentyabrın 25-də oynanılacaq qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:45-də başlayacaq.
13:19 22.09.2026
Oxunuş sayı: 38