Ukrayna yeni PUA-dan istifadə edərək Rusiyanın “Geran-5” dronunu vurub
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yeni pilotsuz uçuş aparatı ilə Rusiyanın “Geran-5” reaktiv dronunu vurduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, SBU-nun hərbi əks-kəşfiyyat bölməsinin əməkdaşları sentyabrın 19-da yeni dron-ələkeçiricidən gün ərzində ikinci dəfə istifadə edərək “Geran-5” aparatını məhv edib.
Zelenski yeni silahın fəaliyyətini əks etdirən ilk görüntüləri də yayımlayıb.
Qeyd edək ki, “Polityka” nəşri daha əvvəl Rusiyanın Ukraynada reaktiv dronlardan istifadəsini artırdığını yazıb. Nəşrə görə, bu aparatların xüsusiyyətləri onları adi PUA ilə qanadlı raket arasında aralıq vasitəyə çevirir.
23:15 19.09.2026
Oxunuş sayı: 38