Nəsli təhlükədə olan 18 min canlı belə əbədiləşdirildi
“National Geographic”in “Photo Ark” layihəsinin yaradıcısı Coel Sartore 20 il ərzində 18 mindən çox heyvanın fotosunu çəkib.
Crossmedia.az xəbər verir ki, fotoqraf nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanları sənədləşdirmək üçün fəaliyyətini sürətləndirib.
Sartore Cavan kərgədanı, Tonkin burunburun meymunu, Borneo körfəz pişiyi və saola kimi nadir növləri lentə alıb. O, bəzi heyvanların yox olmaq təhlükəsi ilə üzləşməsinin onun üçün ciddi narahatlıq yaratdığını bildirib.
Fotoqrafın sözlərinə görə, layihənin əsas məqsədi yalnız heyvanların fotolarını çəkmək deyil, həm də onların qorunmasına diqqət çəkməkdir. “Photo Ark” kolleksiyası müxtəlif platformalarda və dünyanın məşhur məkanlarında nümayiş etdirilərək nəsli təhlükədə olan canlıların qorunmasına diqqəti artırır.
Layihənin diqqət çəkən növlərindən biri isə Tasmaniya sahillərində yaşayan və sayının təxminən 100 yetkin fərd olduğu bildirilən qırmızı əlbalığıdır.
02:43 08.09.2026
Oxunuş sayı: 40