İrəvanın vizasız rejim gözləntisi sual altına düşdü
Avropa Komissiyası Ermənistanla Avropa İttifaqı arasında vizasız rejimin 2029-cu ilədək tətbiq ediləcəyini indidən proqnozlaşdırmağın mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyon Brüsseldə keçirdiyi brifinqdə bu barədə açıqlama verib.
Pinyonun sözlərinə görə, vizasız rejimin liberallaşdırılmasının 2029-cu ildə və ya başqa bir tarixdə baş tutacağını proqnozlaşdırmaq hələ tezdir.
Qeyd edək ki, Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında Avropa İttifaqı ilə tam vizasız rejimə 2029-cu ilədək nail olmaq hədəfi müəyyənləşdirilib.
17:03 07.09.2026
Oxunuş sayı: 51