Məkkə müdafiə ittifaqı güclənir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə müdafiə ittifaqı çərçivəsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, üç ölkənin xarici işlər nazirləri müdafiə ittifaqı çərçivəsində əldə olunan razılaşmaları müzakirə ediblər.
Tərəflər müdafiə imkanlarının gücləndirilməsi, birgə fəaliyyətlərin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
İttifaqın əsas məqsədlərindən birinin regional sülh və sabitliyə töhfə vermək olduğu qeyd edilib.
18:35 06.09.2026
Oxunuş sayı: 53