Qalibaf: İranın cavabı çox ağır olacaq
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ölkəsinə qarşı mümkün yeni təcavüzlərə sərt cavab veriləcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qalibaf bildirib ki, bundan sonra İrana qarşı hər hansı təcavüzə əvvəlkindən daha sürətli və daha ağır cavab veriləcək.
O, İranın təhlükəsizliyinə qarşı yönələn hər hansı addımın cavabsız qalmayacağını vurğulayıb.
14:34 06.09.2026
Oxunuş sayı: 51